Türkiyə İŞİD terrorçularının deportasiyasına başlayıb

Türkiyədə saxlanılan İŞİD terror təşkilatı üzvlərinin bu gündən vətəndaşı olduqları ölkələrə deportasiyasına başlanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmail Çataklı bildirib.

İ. Çataklı sutka ərzində 3 terrorçunun ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb: "ABŞ-dan olan terrorçunun göndərilməsi üçün hüquqi prosedur başa çatıb. Ankara Almaniyadan olan terrorçuların deportasiyası üçün sənədləri hazırlayır. Gün ərzində Danimarkaya da bir terrorçu göndəriləcək. Bununla da gün ərzində 3 terrorçu deportasiya ediləcək”.

İ. Çataklı noyabrın 14-də Almaniyadan olan 7 terrorçunun da ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar