Gürcüstanda azərbaycanlı məktəblini maşın vurub

Gürcüstanın Marneuli rayonunun mərkəzi Rustaveli küçəsində “BMW” markalı avtomobil 12 yaşlı azərbaycanlı məktəbli qızı vurub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə 3 saylı ictimai məktəbin yaxınlığında baş verib.

Yeniyetmə yolu keçirmiş. O, başından xəsarətlər alıb. Məktəbli dərhal xəstəxanaya çatdırılıb. Məktəblinin aldığı xəsarətlərin həyatı üçün təhlükəli olmadığı bildirilir.

Polis faktla bağlı araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar