Ermənistanda etirazlar başladı -  Fotolar

Hökumət binasının qarşısına əlavə polis qüvvələri yerləşdirilir

İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

Eiraz aksiyalarına səbəb dövriyyədən vergi tutma haqqında qanuna əlavələrin edilməsidir.

Həmin əlavəyə görə, xırda biznes nümayəndələri vergi orqanlarına müvafiq sənəd təqdim etməlidirlər.

Ticarət yarmarkalarının işçilərindən ibarət olan aksiya iştirakçıları tələb edirlər ki, sözügedən qanuna edilən əlavələrin tətbiqi dayandırılsın.

Nümayişçilərin qarşısına baş nazir Ovik Abramyan çıxıb. O, deyib ki, dövriyyədən vergi tutma haqqında qanuna edilən əlavə onlara qarşı deyil, kölgədə işləyən biznesə qarşıdır.

Ancaq aksiya iştirakçıları baş nazirin çıxışından narazı qalıblar. Çünki baş nazir qanuna edilmiş əlavələrin icrasının dayandırılıb-dayandırılmayacağı barədə heç bir söz işlətməyib.

Bundan hiddətlənən nümayişçilər İrəvanın mərkəzində yolu bağlamağa cəhd ediblər. Bu zaman polislə aksiyaçılar arasında qarşıdurmalar yaşanıb.

Hazırda aksiya davam edir. Hökumət binasının qarşısına isə əlavə polis qüvvələri yerləşdirilir.

Qeyd edək ki, dövriyyədən vergi tutma haqqında qanuna edilən əlavə və dəyişiklikləri sentyabrın 23-də prezident Serj Sarkisyan imzalamışdı. /anspress

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="4" ids="56840,56841,56842,56843,56844,56845,56846,56847,56848,56849,56850,56851"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar