Hindistanda 460 illik məscidin yerində məbəd tikiləcək 

Hindistanda Ali Məhkəmə Ayodhya şəhərində məbəd-məscid mübahisəsinə görə hinduizmə inanan insanların lehinə qərar çıxarıb. Adıçəkilən şəhərdə 1992-ci ildə hindu inancında olanlara müsəlmanlar arasında qırğın olub. Iğtişaşlar zamanı 2000 nəfər öldürülüb. Qətl edilənlərin əksəriyyəti müsəlman olub. O vaxt hindu inancında olan insanlar həmin şəhərdə 460 il mövcud olan məscidi yerlə-yeksan etdilər. İndi isə Ali Məhkəmə dağıdılmış həmin məscidin yerində hindular üçün məbəd tikməyə icazə verib.

Uzun müddətdir ki, hindular iddia edirdi ki, tanrılardan biri olan Vişnu Ayodhyada anadan olub və o, dünyaya məhz köhnə məscidin yerində gəlib.

Bəllidir ki, XVI əsrdə Moğul-Türk-İslam sülaləsinin ilk imperatoru Baburun göstərişinə əsasən orada məscid tikilmişdi.

Hindu inancında olanlar isə həmin yeri müqəddəs bilir və orada məbəd ucaltmağa çalışırdılar. 2010-cu ildə daha aşağı bir məhkəmə mübahisəli torpaqların üçdə iksini hindulara, üçdə birini isə müsəlmanlara verilməsi barədə qərar çıxarmışdı.

Hindistanın 1.3 milyard əhalisinin təxminən 14% müsəlmandır.

Baş nazir və milliyyətçi "Bxartiya canata parti" partiyasının lideri Narendra Modi xalqı sakitliyə çağırıb. Ancaq bəllidir ki, Hindistanda müsəlmanlarla hindu inancında olan insanlar arasında münasibətlərin pisləşməsinin əsas səbəbkarı o və onun rəhbərlik etdiyi partiyadır.

Hökmdən qabaq Ali Məhkəmə binası ətrafında sakitliyə və təhlükəsizlik gücləndrimək məqsədi ilə oraya 5 min polis yeridilib.

Baş nazir Narendra Modi hələ 2014-cüildə ilk dəfə seçkiyə qoşularkən sözügedən məbədi tikəcəyinə söz vermişdi.

Hindu qrupları məzhəb zorakılığına səbəb olmamaq üçün məhkəmənin qərarına görə bayram yürüşləri keçirməyəcəklərini bildirirlər. Ancaq müəlmanların bu qərarla razılaşmayacağı bəri başdan aydındır.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar