Bakıda avtomobil gənc qadını vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Quba sakini 1993-cü il təvəllüdlü Verdiyeva Səbinə Vüqar qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının 3 tərəfdən açıq sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar