Maradona Evo Moralesə dəstək verdiyini bildirib - FOTO

Argentinanın futbol yığmasının keçmiş hücumçusu və baş məşqçisi Dieqo Maradona Boliviyanın keçmiş prezidenti Evo Moralesin kütləvi etiraz aksiyalarından sonra istefa verməsi ilə bağlı fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Instagram"dakı səhifəsində yazıb.

"Heyfsilənirəm ki, Boliviyada çevriliş təşkil edilib. Boliviya xalqına və Moralesə acıyıram - yaxşı insana, hansına ki, həmişə sadə vətəndaşlar üçün işləyib", - deyə keçmiş futbolçu yazıb.

O, öz fikirlərini Boliviyanın keçmiş prezidenti ilə birlikdə arxiv fotosu ilə bilikdə paylaşıb.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar