“Gilan Holdinq” cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası iri holdinqlərdən biri “Gilan Holdinq” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib. Holdinq isə qərardan razı deyil.

Buna görə, 8 noyabr 2019 cu il tarixdə Yasamal Rayonu Məhkəməsində verilən qərara əsasən “Gilan Holdinq” İnzibati xətalar məcəlləsinin 430.4-cü maddəsi ilə cərimələnəcək.

Məlumata əsasən “Gilan Holdinq” qərardan narazı qalaraq bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib – şikayətə 15 noyabr 2019-cu il tarixdə baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarılır.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, bu holdinq 2005-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı hazırda 98,48 mln. manatdır. /Banker.az

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar