Əsəddən ABŞ-a gözlənilməz dəstək

Suriya prezidenti Bəşər Əsəd ABŞ başda olmaqla beynəlxalq koalisiyanın İŞİD-in mövqelərinə endirilən hava zərbələrini dəstəklədiyini bildirib.

ANS PRESS-in məlumatına görə, paytaxt Dəməşqdə İraqın milli təhlükəsizlik müşaviri Falih Fayyadı qəbul edən Bəşər Əsəd terrorla mübarizədə beynəlxalq səyləri yüksək qiymətləndirib.

Əsəd ölkəsinin illərdir terrorla mübarizə apardığını və aparmaqda davam etdiyini deyib. Onun sözlərinə görə, terrorla mübarizədə yalnız hərbi əməliyyatlar kifayət deyil.

Görüşdə Suriya ilə İraq arasında terrorla birgə mübarizə mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, ABŞ-ın Suriya ərazisində İŞİD-in mövqelərinə endirdiyi hava zərbələri rəsmi Dəməşqlə razılaşdırılmayıb. Bu baxımdan Bəşər Əsədin fikirləri təəccüblə qarşılanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar