PREZİDENT 4 RAYONUN İCRA BAŞÇISINI DƏYİŞDİ - Deputata vəzifə verildi

Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan başçılarını dəyişdi

Bu gün prezident İlham Əliyev bəzi rayonların icra hakimiyyətlərinin başçılarının dəyişdirilməsi barədə sərəncamlar imzalayıb.

Prezidentin sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tutduğu vəzifədən azad edilib. O, digər sərəncamla Şirvan rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Şirvan rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov isə Zərdab rayonuna başçı təyin edilib. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev isə vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizovun vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısı habelə Milli Məclisin deputatı Elşad Eldar oğlu Həsənovun Yasamal rayon icra hakimiyyətinin başçısı təyin edilməsi haqda sərəncam verib. E.Həsənov Yasamal rayonunu parlamentdə təmsil edirdi.

635x100

Şərhlər

Mirkazm 2019-11-12 13:00:56

Əlinin paoağını Vəlinin başına qoymaq dəyişiklikdir?

Azər 2019-11-12 13:00:56

Əziz müəllim Suraxanını Cəlilabadın gününə qoya bilməz. Daha Kərəm Həsənov o Kərəm deyil! Əzizovun arxası bu gün arxasız qalıb. Öz hayındadır. Hələ bilmir aqibəti nə olacaq. Mikayıl Cabbarov onu yerində yaxşı oturdacaq. İnşAllah!!!

Vətəndaş 2019-11-12 13:00:56

Şəki yaddan çıxıb....................................?

veten dashı 2019-11-12 13:00:56

Ya səbr...Suraxanı da Cəlilabadn gününə düşəcək....

Son yazılar