"Lənətlənmiş neft pulları kimi halları Azərbaycana şamil etmək…" -  Ziyad Səmədzadə

"2019-cu ilin büdcəsində təklif edirdilər ki, neftin 1 bareli 40 dollardan götürülsün. İddia edilirdi ki, hökumət büdcəni şişirdir. Amma zaman göstədi ki, hökumət və parlament düzgün qərar qəbul edib. 2020-ci il dövlət büdcəsində neftin 1 barelinin 55 dollar götürülməsi büdcənin orta müddətli dayanıqlığının təmin edilməsi baxımından məqbul hesab edilir ki, bunun da əsasları var. Bildiyiniz kimi biz büdcə sistemi haqqında qanun qəbul etdik və bu qanun bizim risqlərdən qorunması üçün obyektiv şərait yaradır".

"Azpolitika.info" xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.

Komitə sədri əlavə edib ki, 55 dollarla əlaqədar olaraq bəzi mətbuat səhifələrində bildirilirdi ki, Azərbaycan hökuməti büdcəni şişirtmək üçün neftin 1 barelinin qiymətini 55 dollardan götürüb: “Amma reallıq göstərir ki, biz bunu etməsək doğru olmaz. Çünki aparılan müzakirələr bunu göstərir. Hökumət son 15 ildə ölkənin iqtisadi inkişafının davamlı olması üçün addımlar atır. 2020-ci ilin dövlət büdcəsində büdcə xərcləri 2016-cı illə müqayisədə 1,5 dəfə artıb. Bir sıra obyektiv amilləri nəzərə alaraq dövlət büdcəsinin cari xərcləri xüsusi çəkisi 64,2 faiz təşkil edəcək ki, bu da son 10 ildə ən yüksək səviyyə sayılır”.

Komitə sədri əlavə edib ki, hazırda Azərbaycan milli valyutası sabitdir: “Manat sabitdir. Baxın görün 3 il əvvəl vəziyyət necə idi, indi durum necədir. 1994-cü ildə inflyasiya 1600 faiz idi, indisə inflyasiya yoxdur. Rusiyada baş verənlər bizi narahat edirdi. Bu Azərbaycana da mənfi təsirlər göstərə bilərdi. Biz tədbirlər gördük, bunun qarşısını aldıq. Bax, bu Azərbaycan vətəndaşının götürdüyü faydadır. İslahatlar aparılır, iqtisadiyyat inkişaf edir. Neftə gəldikdə isə hərə bunu öz bildiyi kimi hesablayır. Bizimsə öz hesablarımız var. Hər bir iqtisadçı düşündüyü kimi danışır. Bizimsə konkret hesablamalarımız və proqnozlarımız var”.

Akademik qeyd edib ki, dövlətin uğurunu qiymətləndirməyənlər tərəfindən holland sindromu, lənətlənmiş neft pulları kimi halları Azərbaycana şamil etmək, neft pulları ilə həyata keçirilən böyük layihələri qiymətləndirməyən baxışların heç bir əsası yoxdur.

"Azpolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar