XƏTAİ RAYONUNA DA YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU - Sərəncam

Prezident İlham Əliyev Bakının daha bir rayonuna icra hakimiyyətinin başçısı təyin edib. Dövlət başçısının sərəncamına əsasən Rafiq Çəpərxan oğlu Quliyev Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, indiyədək həmin rayonda icra hakimiyyəti başçısının müavini idi.

Xətai rayon İcra Hakimiyyətinin saytında R.Quliyevin bioqrafiyası yer alır.

Quluyev Rafiq Çəpərxan oğlu 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.

21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışır.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

635x100

Şərhlər

Müəllim 2019-11-12 14:22:19

Allah yolunu açıq eləsin! Amin! Bəd nəzərdən qorusun. Cavan xalası oğlu və kürəkənini - bir ailədən iki nakam şəhid vermiş ailə!

Amon 2019-11-12 14:22:19

Doyuslerde vurusub gulle yarasi alib qazi olubsa sene hersey halaldi qardas

Əli 2019-11-12 14:22:19

Mənim də gözəl fikirlərim var ancaq ermənistanda doğulmadığıma görə heç kimə lazım deyil

Xalid 2019-11-12 14:22:19

İndiyədək təyin edilmişlərin içində mənim fikrimcə ən layiqlisi!

Son yazılar