"Bizi İŞİD-lə mübarizədə heç bir sərhəd dayandıra bilməz"-Kerri

"ABŞ-ı "İraq Şam İslam Dövləti"nə qarşı mübarizəfə heç bir sərhəd dayandıra bilməz". Musavat.com RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri İraq prezidenti Fuad Məsumla görüşündə bəyan edib.

"İŞİD təkcə İraq və Suriya üçün yox, həm də bütün bölgə üçün təhlükədir", - o, deyib.

Kerrinin sözlərinə görə, ABŞ lap əvvəldən izah edib ki, heç bir coğrafiya, heç bir sərhəd onu İŞİD-ə qarşı hərəkətlərdən çəkindirə bilməz: "Biz terrorçulara gizlənməyə və məsuliyyətdən qaçmağa imlan verməyəcəyik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar