Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq.

Bu barədə "Report"a bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar inzibati prosedurlara başlanılıb və ilk addım olaraq Perunun Bakıdakı səfirliyinin konsulluq şöbəsi yalnız dekabrın 15-dək fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Peru səfirliyi Azərbaycandakı fəaliyyətini 2020-ci il martın 1-də tamamilə dayandıracaq.

"Bu tarixdən sonra maraqlananlar Perunun Ankaradakı səfirliyi ilə əlaqə saxlamalıdırlar", - diplomatik nümayəndəlikdən vurğulayıblar.

Xatırladaq ki, Azərbaycanda Peru səfirliyi 2017-ci ilin iyun ayında açılıb.

"Perunun Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı qərar bu ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır".

Bunu "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Hər bir ölkə xaricdə diplomatik nümayəndəlik açmaq və yaxud bağlamaq qərarını verə bilər. Peru tərəfi Azərbaycandakı nümayəndəliyinin müvəqqəti bağlamaq qərarını verib. Bu qərar ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır",- o deyib.

XİN rəsmisi qeyd edib ki, bununla yanaşı, Peru tərəfi iki ölkə arasındakı əlaqələrin istər siyasi, istərsə də iqtisadi sahədə bundan sonra da eyni şəkildə davam etdiriləcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar