RAMİZ MEHDİYEV DƏ AMEA-da İSLAHATLARA BAŞLADI - İdarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq AMEA-dan bildirilib.

AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyətinin aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb.

Eyni zamanda Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə sektor yaradılıb.

Məlumata görə, struktur islahatları bundan sonra da davam edəcək və AMEA-nın Rəyasət Heyətinin aparatının digər idarələri ləğv olunaraq şöbə, şöbələrin isə ləğv olunaraq sektor yaradılması gözlənilir.

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin aparatının ləğv olunan Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev vəzifəsindən azad olunub. Onun yerinə yaradılan İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə isə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov təyin olunub.

635x100

Şərhlər

Amea-da doktorand 2019-11-12 20:24:38

Hec neye yaramayan amea-ni legv etmeyin vaxti coxdan catmishdir, onun qalmaqi xalgimiz zererden bsshqa hec ne vere bilmir.

Mahmud 2019-11-12 20:24:38

MEA-da etdiyi islahatlar da Prezident Administrasiyasındakı islahatlara bənzəyəcək....

alim 2019-11-12 20:24:38

Ramiz mwüllim Hüquq və İnsan Haqları İnstitutunu da yaddan çıxartmasın. Orada insan haqlarından əsər əlamət belə yoxdur! Birinci islahta həmin institutdan başlamaq daha yaxşı olardı. Institut bərbad gwndədir.

Azerbaycanli 2019-11-12 20:24:38

Ramiz Mehdiyev, islahat adi ile, AMEA - da "sektorlar".... yaradirsan, bes NIYE, ISLAHATI OZUNE TETBIQ ETMIRSEN..., NIYE, pensiyaya chixmirsan...???? ...

t.ədalətə 2019-11-12 20:24:38

Yox canım əf edəsiniz, bu islahat yox, icaddır axı bura Akademiyadır.

oxucu 2019-11-12 20:24:38

Ramiz Mehdiyev, 81 yaşin var, "CƏNNƏT ŞƏRAITINDƏ" yaşayirsan...., NUMUNƏ GOSTƏR və çix pensiyaya..., chunki......., CƏMIYYƏT SƏBRSIZLIKLƏ GOZLƏYIR ....və soruşur, Ramiz Mehdiyev, sənin NƏ IŞIN VAR .... AMEA - da ?

t.ədalət 2019-11-12 20:24:38

Qoca Ramiz Mehtiyevin elmlər akademiyasına rəhbərliyə gətirilməsi elə antiislashat deyilmi?

Son yazılar