BMT Poroşenkonun imzaladığı qanunlara qarşı çıxdı

Ukraynanın yeni antiterror qanunları beynəlxalq hüquqa uyğun deyil. Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla BMT baş katibin insan haqları üzrə köməkçisi İvan Şimonoviç çıxış edib.

Onun sözlərinə görə, prokurorun səlahiyyətlərinin əhəmiyyətli şəkildə genişləndirilməsi, həmçinin, ilkin saxlama müddətinin 60 saatdan 30 günə qaldırılması beynəlxalq normalara cavab vermir. “Bu beynəlxalq hüquq sahəsinə aid standartlara daban-dabana ziddir”, - deyə BMT yetkilisi bildirib. O, insan haqları ilə bağlı vəziyyətin yaxşılaşması üçün Ukraynanın şərqində atəşkəsin əldə olunmasının zəruri şərt olduğunu da vurğulayıb.

Xatırladaq ki, prezident Petro Poroşenko avqustda antiterror əməliyyatı (ATO) iştirakçılarına geniş səlahiyyətlər verən qanunları imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar