“Görsəniz ki, əyri yola gedirlər, mənə xəbər göndərin” - İlham Əliyevdən xalqa müraciət

"Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin".Bunu Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız.

Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik".

635x100

Şərhlər

Vasif 2019-11-12 21:14:17

Aparatın İşlər müdiri 78 yaşlı Oqtay Şahbazov kimiləri də təqaüdə göndərsəydi nə yaxşı olardı!.. Bilirsiniz,Şahbazovun tutduğu vəzifəsindən yararlanın nə qədər ətrafı:qohum-əqrabası, dost-tanışları at oynadırlar. Onun vəzifəsindən istifadı edib rəhbəri olduqları dövlət idarələrində işçilərə qan uddururlar. Elə biri qız nəvəsinin deputat qaynanası...

fikrət 2019-11-12 21:14:17

iş istəyirəm !! işləmək istəyirəm !! adam kimi yaşamaq istəyirəm !! ...

Arif Əliyev 2019-11-12 21:14:17

Doğurdanda başlığı çox gözəl səslənilir, gəlin etiraf edək, bütün neqativliklərə, narazılığlara xalq heç zaman susmayıb, sadə dillə desək xalqın səsini ya qəsdən eşitməməzliyə vururlar, yadəki xalqla Prezident arasındakı məmurlar imkan vermirki, xalqın həqiqi səsini vaxtında çatdırsınlar.Adi bir misal, neçə illərdir NRYT-lar nazirliyin Azərpoşt qurumundan ölkənin bütün aidiyatı qurumlara rabitəçilər şikayət edir, şikayətçilər bu qurumda saxta və neqativ islahatlara qarşıdır amma eşidən yoxdur.

dadaşyev 2019-11-12 21:14:17

davamı;Niyə ASAN XİDMƏT?Çünki hamı korrupsiyadan uzaq yeganə idarə kimi yalnız Asan Xidməti görür.İnsanlar bilirlər ki,harınlamış məmurlardan şikayət məktubları yalnız Asan Xidmətə gedərsə oradan birbaşa ünvana çata bilər.Ayrı yol mümkünsüzdür.Hörmətli cənab Prezidentimizin bu son dərəcə vacib məsələyə diqqət ayıracağına heç şübhəm yoxdur.

vətəndash 2019-11-12 21:14:17

Bu məlumatin bashliqi chox yaxshi səslənir : “Görsəniz ki, əyri yola gedirlər, mənə xəbər göndərin” – İlham Əliyevdən xalqa müraciət..... SENZURA memurlari, BURAXMIRLAR vətəndashlarin Prezidentə unvanladiqlari ərizələri...

Cemshid Dereleyezli 2019-11-12 21:14:17

Cənab Prezident kadr islahatları ilə bağlı ortaya qoyduğunuz qətiyyəti alqışlayırıq Çox düzgün qeyd edirsiniz ki, hər kəs bu işdə həmrəy olmalı və bu işdə əməli ilə Sizə destək olmalıdır. Yaxşı olardı, bütün xebərlərin bir başa Sizə çatdırılması üçün, Prezident aparatında bununla bağlı bir qaynar xətt açılsın Prezident aparatının məktublar şöbəsi yenidən qurulsun və illərdir orada kök salan kadrlar da dəyişdirilsin. Niyəsi çox aydındı. Son seçgilərndən sonra bağlanan şexsi elektron poçtunuz da açılsa iyi

dadaşyev 2019-11-12 21:14:17

Şikayət məktublarını Məktublar şöbəsində illərdir itkin düşürənlərin əməyinin bəhrəsidir ki,vəzifədəkilər on illərlə kreslolarından tərpədilmirlər;bir halda ki şikayət edən yoxdur,demək,əla işləyirlər.Amma nəticədə xalq arasında narazılıq yaranır,cürbəcür söz-söhbətlər böyüyür,şişir və mitinqlərə çevrilir."Şikayətin nə mənası,məktublar çatmırsa" deyirlər.Məktublar şöbəsinin olduqca yarıtmaz işi haqqında camaat arasında formalaşmış mənfi fikri nəzərə alaraq ASAN XİDMƏTdə məktub bölməsi yaratmaq olmazmı?

EJDER 2019-11-12 21:14:17

BU ANALOQU OLMAYAN DEPUTAT SIYAWUW MALIM IDDIYA EDIR KI,ON BEW IYIRMI IL IWLEMIW NAZIELER MILYARDLARI TALAYIFLAR,OBDA SIYAHI VAR ,LUKAWENKO CANI...

miri 2019-11-12 21:14:17

... nagilsevərlərə yer verirsiniz. Cünki bilirsiniz və tapşırıq verilib ki, hokumetin dayağı bu obivatellərdir. Onlar olmasa haqq ədalət görünər. Allah həmən günü tezliklə etsin. İnşəallah.

Son yazılar