Müğənninin evindən oğurluq edən şəxs tutulub

Müğənni Vüqar Muradovun evindən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, ifaçı polisə verdiyi izahatında oğurluq edən şəxsin usta olduğunu bildirib: “Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur”.

Müğənni aidiyyəti üzrə Binəqədi rayon 6-cı polis bölməsinə müraciət edib: "Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar”.

635x100

Şərhlər

dadaşyev 2019-11-12 18:30:55

davamı;Əgər pulun kombinin dalında olduğunu həqiqətən də unutmuş olsaydın,usta gedən kimi pulun oğurlandığını bildiyini sadəcə belə demək olardı:"Oyananda gördüm kombi işləyir,dedim sağ olsun usta,gəlib məni də oyatmadan düzəldib gedib,birdən yadıma düşdü ki,aaa,pullarımı kombinin dalından götürməmişəm,tez baxdım,gördüm yoxdu pullar".Bu izah daha inandırıcı olardı.Amma "maşın almağa gedirdim,gördüm pul yoxdu" cümləsi sonradan düşünülərək tapılan cümləyə oxşayır.Nə isə.Özün bilərsən.Amma şübhəli məsələdi.

dadaşyev 2019-11-12 18:30:55

davamı;Bu məşum hadisədə əhəmiyyətli bir detal çatmır.Pulu həmişə saxladığın yer kombinin dalı olub,deyirsən.Pulu çoxdan ora qoymuş olsaydın,deyərdik ustanı çağıranda unutmusan.Amma o gün elə oradan 2500 götürmüsən axı.Götürmüsənmi,qoymusanmı,bununla işim yox,fakt budur ki,kombinin dalı o gün unudula bilməzdi artıq.Və ardınca usta çağırmısan ki,məhz oranı təmir etsin.Səhər isə usta gələndə daha əcaib iş olub.Sən elə bərk yatmısan ki,ustanın səs-küyünü qəti eşitməmisən.Usta bir ruh kimi gəlib gedib.

dadaşyev 2019-11-12 18:30:55

Dünən yox o biri günə srağagün deyirlər.Demək srağagün oradan 2500 götürmüsən.Kombinin dalından yəni.Sonra usta çağırmısan ki,gəl kombini düzəlt.O da dünən səhər gələndə qalada yatmısanmış,usta top atıb oyanmamısan.Evin qapısını da açıq qoymusan,bilmisən ki o gələndə yatacaqsan.Usta görüb qapı açıqdı,zəngi basmadan,səni səsləmədən kirimişcə öz evi kimi içəri girib kombini düzəldib,"düzəltdim" də demədən gedib.Yavaşca baxmısan ki,getdi daha,əl atmısan kombinin dalına,görmüsən ki aaa 3500 manat yoxdu.

Son yazılar