Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Noyabrın 13-də Amerika fond bazarında Nasdaq 0,26% – 8 486,09 bəndədək, S&P 500 0,16% – 3 091,84 bəndədək yüksəlib, Dow Jones indeksi isə dəyişməyərək 27 691,49 bənd səviyyəsində qalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 13-də FTSE 100 indeksi 0,50% – 7 365,44 bəndədək, Almaniya DAX-ı 0,65% – 13 283,51 bəndədək, Fransa CAC-40 isə 0,44% – 5 919,75 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,38% azalaraq 1 450,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,22% artaraq 1,1010 dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar