ZAHİD ORUC ƏLİ ƏSƏDOVA ÇAĞIRIŞ ETDİ - "Hökumət o şəxslərin kölgəsindən çıxmalıdır"

“Parlamentin 4-5 çağırış dövründə, iki ardıcıl ildə ilk dəfədir ki, iki fərqli Baş nazirin iştirakı ilə dövlət büdcəsi müzakirə olunur”.

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ilk növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturların hamısını əhatə edir”.

Z.Oruc vurğulayıb ki, islahatlar dərinləşdikcə, struktur və instusional xarakter daşıdıqca daha artıq vətəndaş bu prosesi müdafiə edir, bu prosesə qoşulur və yeni elitanın formalaşmasında hamı öz töhfəsini verməlidir: “Ölkə başçısının irəli sürdüyü əsas məsələlərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır”.

O həmçinin əlavə edib ki, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir: “Amma Azərbaycanda bu rəqəm aşağıdır. Halbuki prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər. Bu gün ölkədə əmək bazarına daxil olanların 60 %-i texniki peşə və ali təhsili olmadan daxil olur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün səhmdar cəmiyyət və yeni koorparativ idarətmə mədəniyyətindən danışdı. Bu çox vacib məsələdir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Kimsə qiymətli kağızlar bazarından dividentlər və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq”.

635x100

Şərhlər

EJDER 2019-11-13 18:43:18

EN GULMALISI ODUR KI,AZERBAYCA NATEMIZLERLE ANALOQU OLMAYAN INKWAF EDIR......

Adil 2019-11-13 18:43:18

Bu ZAhid əkə sanki kənar planetdə oturub möizələr edir.Ay adam,ölkədə biznesin yalnız məmurlarn.deputatların əlində olduğunu hələ indi duymusan?Yat qal dala lay-lay.....ticarətin bütün sahələri sənin düşüncənlə sadə vətəndaşlara aiddir? Niyə belə ayıb,yersiz və əsassız çıxışlarınla millətin heysiyyatına toxunursan?AXı özünün bir ciddi işə yaramadığınız halda əzilmiş,tapdanmış millətin heysiyyatına niyə toxunursan?

Mirzə 2019-11-13 18:43:18

Görəsən Zahid əkə keçmiş zamanlar dedikdə hansı illəri nəzərdə tutur? Yəqin H.Əliyevin rəhbər olduğu illəri nəzərdə tutmur.Bəs onda? İnsan artıq qatıqlamağa başlayıb.Müvəffəqiyyətdən başı gicəllənib.

Ac 2019-11-13 18:43:18

Bundan sorushun ne isteyir. Vezivelerin hamisi bunlarda indi ne lazimdir

vidadi 2019-11-13 18:43:18

ele bu oglan getse lap ela olar

Kəndçi vətəndaş 2019-11-13 18:43:18

Hərə bir ibarəli söz buraxır. Elita, iqtidar ətrafıdırsa onsuz necə dəyişə bilər? Dövlət Xəzinəsindən yararlanıb, öz işi ilə yüksək səmərə gətirməyən sahibkarlıq heç yetim fonduna da yaramır. Ailə təsərrüfatları illik artımla dolandırsa Allaha Min Şükr! Hər iş, layihə və konkret tutumuna görə sərbəst icra olunmalıdır. Hökumət nə zaman öz işində azı deputat qədər azad olub. Bəzən bircə şəxs bir nazirlik qədər pul xərcləyə bilir. Hansı büdcə necə və bütün ölkəyə çata bilər? Cavabı MMdən gözlənir!

mehdi 2019-11-13 18:43:18

Zahid mlm sizin qəbula düşmək olmur.köməkçinizdə dediyinə görə acizdir.17.12.2018 MM gəlmişəm.

Mədət 2019-11-13 18:43:18

Hekayələrdən,adressiz iradlardan doymayan,yorulmayan insanlara vəzifə verilməsi bu iqtidarın ən böyük yanlışıdır.

Son yazılar