Nazirlik Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Apelyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya qərar verib.

Modern.az-ın məlumatına görə, qərarda Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə "Lisenziyalar və icazələr haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarının tələlərinə əməl edilməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin ona verilmiş pasportun tələblərinə uyğun olmasının yoxlanılması istiqamətində tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Məlum olduğu kimi, artıq uzun müddət idi ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksində baş verən özbaşınalıqlar, o cümlədən, bu və ya digər istiqamətlərə (o cümlədən xarici ölkələrə) gedən avtobusların yuxarıda sözügedən Əsasnamənin tələblərinə zidd olaraq platformalardan kənarda, Avtovağzal Kompleksinin ərazisi hüdudlarından kənarda sərnişin toplaması, sərnişinlərə ictimai iaşə xidmətinin təşkilində, onların təhlükəsizliyi, şəhərlərarası (rayonlararası) beynəlxalq müntəzəm marşrutlar üzrə hərəkət cədvəllərinin pozulması, hər bir marşrut üzrə avtobusların "Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə"nin tələblərinə uyğun verilən pasportun göstəriciləri ilə müəyyən olunan perronlarla əlaqəsi olan platformalarda dayanması və sair xüsusatlarla bağlı narazılıqlar geniş ictimai müzakirələrə çıxarılmış və bu nöqsanların, özbaşınalıqların qarşısının alınması üçün ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə və digər əlaqədar təşkilatlara çoxsaylı müraciətlər olunub.

Çoxsaylı müraciətlər və Avtovağzal ərazisində hökm sürən özbaşınalıq, idarəetmədəki səriştəsizliklə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Apelyasiya Şurasına daxil olmuş şikayət araşdırılıb və Apellyasiya Şurası tərəfindən müvafiq qərar qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar