Venesiya su altında qaldı! - Güclü yağışlar səbəbilə…

Güclü yağışlar və külək səbəbilə Venesiyada suyun səviyyəsi 187 santimetr nöqtəsinə qalxıb, kritik səviyyə isə 130 santimetr hesab olunur. Şəhər ərazisinin 80 faizindən artığı su altnda qalıb («ANSA»).

KİV-n məlumatına görə, müqədds Mark meydanı demək olar, tamamilə su altında qalıb. Şəhərin meri Luici Brunyaronun sözlərinə görə, şəhər gerçək fəlakət yaşayır.

Hakimiyyət fövqəlad vəziyyət elan etməyə hazırdır, şəhər əhalisinə isə küçələrə çıxmamaq tövsiyyə olunur.

İtaliyanın Veneto vilayətinin qubernatoru Luka Dzayya Venesiyanın bu vəziyyətini «apokaliptoik», şəhərə dəyən ziyanı isə «ağılasığmaz və qorxunc» adlandırıb.

Şəhərdə suyun daha yüksək səviyyəsi (190 sm) 1966-cı ildə qeydə alınıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar