Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alan var

Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Akay Məhərrəmov xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar