Bakıda idarəetməni itirən motosiklet sürücüsü luka düşüb

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi 4 ünvanında qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü 1998-ci il təvəllüdlü Hüseynov Cavid Məhəmmədəli oğlu idarəetməni itirərək luka düşüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona büd sümüyünün sınığı diaqnozu qoyulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar