Tusk Rusiyanı Avropanın strateji problemi adlandırıb

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk bəyan edib ki, Rusiya Avropanın strateji tərəfdaşı deyil.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Financial Times yazıb.

Mən demək olar ki, hər həftə Aİ-nin digər rəhbərlərinə Rusiyanın bizim strateji tərəfdaşımız olmadığını, strateji problemimiz olduğunu açıq şəkildə xatırlatmalı olurdum. Hətta bu mövzuya çox diqqət etdiyim üçün məni manyak adlandırırdılar”.

Onun sözlərinə görə, Avropa Şurasının rəhbəri kimi əsas məqsədlərindən biri Kremlin təcavüzkar siyasətinin qarşısını almaqla Avropa Birlyini qorumaq idi.

Rusiyaya qarşı sərt mövqeyin doğru olduğunu söyləyən Tusk bu ölkəyə qarşı sanksiyaların tətbiq etməyin faydalarından danışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar