NATO 2 HƏFTƏYƏ KALİNİNQRADI TUTA BİLƏRMİ? – “Cavab olaraq Rusiya bir neçə paytaxtı işğal edəcək”

Bu yaxınlarda amerikanlar ağılsız və hətta təhlükəli iddia ilə çıxış ediblər. Onlar, NATO-nun iki həftə ərzində Rusiyanın Kalininqrad anklavını zəbt edə biləcəyindən söz salıblar. Bu təhdid blefdir, yoxsa hansısa reallığı əks etdirir? Görəsən, ABŞ bununla nəyə nail olmaq istəyir?

Əgər biz Kalininqradın coğrafi mövqeyinə baxsaq, görərik ki, o, Baltik dənizinin cənubunda Polşa və Litva arasında yerləşir. ABŞ-dakı hərbi analitiklər belə bir nəticəyə gəliblər ki, NATO və Rusiya arasında hərbi münaqişənin başlaması təqdirində, koalisiya gücləri Kalininqradı iki həftə ərzində tuta bilər. Əlbəttə, bu xəbər Putinə çatmalıydı. Bundan bir neçə gün sonra Putin Kalininqrada gəlir və tikilməkdə olan “Qremyaşiy” korvetinə baxır. Rusların bu ölümsaçan silahı ilin axırında tikilib qurtarmalıdır. Bu korvet “Borey” sualtı qayığının analoqu kimi “Bulava” nüvə raket kompleksini sınaqdan çıxarıb. Həmin xəbərlər bir çoxlarını susmağa məcbur edib.

“Əgər Rusiya Pribaltika tərəfdən hərbi fəaliyyətlərə başlasa, onda NATO koalisiya gücləri Rusiya ərazisinə zərbə vuracaq. NATO qonşu Polşanın köməyilə asanlıqla Kalininqradda qalib gələcək”. Bu yaxınlarda belə bir iddia ABŞ-ın hərbi analitik mərkəzi olan Ceymstaun fondundakı məruzədə yer alıb.

Həmin məruzədə Baltik istiqamətində NATO və Rusiya arasında münaqişə yaranacağı ehtimalı irəli sürülür.

Ümumi yekunda belə nəticəyə gəlinir ki, güclü Hava Hücumundan Müdafiə sistemləri sayəsində Rusiya ordusu müharibənin başlanğıcında Kalininqradın effektli müdafiəsini təmin edə bilər, yox, əgər orada Amerika və Polşanın quru qoşunları öz hərbi imkanlarını artırarlarsa, onda Rusiya bu anklavın zəbt olunmasına mane ola bilməyəcək. Məruzə inandırıcı görünür, lakin bu, heç də zəminsiz əsaslara dayanmır.

Hələ sentyabrda ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı baş komandanı Ceffri Li Harriqan bəyan edib ki, Pentaqon Kalininqraddakı hava hücumu əleyhinə müdafiə sistemlərinin məhv olunmasıyla bağlı operativ plan hazırlayıb.

İki həftə ərzində Kalininqrad vilayətinin mümkün işğalı ilə bağlı ABŞ analitik mərkəzinin məruzəsini oxuyan Kalininqrad şəhər qubernatoru deyib ki, amerikalılar sanki roman yazırlarmış kimi əməliyyat planlayırlar və əgər onlar Kalininqrad ətrafında hərəkət etməyə başlasalar, onda Rusiya buna müvafiq strategiya ilə cavab verəcək.

Əgər Kalininqrad iki həftə ərzində zəbt olunarsa, bu elə də möhtəşəm qələbə deyil, çünki Kalininqrad vilayətinin ərazisi cəmi 15 min kvadrat kilometrdir, digər yandan onun sərhədi Rusiyadan 500 kilometr uzaqdır. Kalininqrad Moskvadan 1000 kilometr aralıdır, NATO ölkələrinə isə yaxındır. Qarşıdurma baş verəcəyi halda NATO sürətli hücuma keçəcəksə, onda Kalininqradın ələ keçirilməsinə 14 gün yox, iki gün də kifayət edər.

Hücumdan sonra vəziyyətin daha ciddi hal alacağı ehtimalı çox yüksəkdir. Əgər koalisiya belə böyük və fəlakətli təxribata gedirsə, çox güman ki, onlar bunun verəcəyi nəticənin önünü kəsə bilməyəcəklər. Ona görə ki, Rusiya buna cavab olaraq bir gün içində alyansın bir neçə paytaxtını işğal edəcək. Əgər həqiqətən də bu cür president yaşanarsa, bütün Avropa vahid hərbi fəaliyyət arenasına çevriləcək. Beləliklə, iki həftə ərzində vurulan zərbə nəinki Kalininqradı, həmçinin bütün regionu benzin çəlləyi kimi alovlandıracaq.

Bəs qığılcım hardan başlaya bilər? Bu, Kalininqrad, üç Baltik ölkəsi, ya da Polşa ola bilərmi? Həmin qığılcımdan doğan alov isə bütün Avropaya yayılar. (“Eastday”-Çin)

“AzPolitika”nın əlavəsi: Hazırda Rusiya ərazisi kimi tanıdığımız Kalininqrad vilayəti əslində Almaniya torpağıdır. Bura Şərqi Prussiyanın bir parçası olub və Kalininqrad şəhərinin əvvəlki adı Köniqsberqdir. Köniqsberq görkəmli alman filosofu İmmanuel Kantın vətənidir. İkinci Dünya Müharibəsindən sonra keçirilən Potsdam konfransındakı razılaşmaya əsasən, bu ərazi SSRİ-nin tərkibinə qatılıb. O zaman həmin ərazidə 350 mindən çox alman yaşayırdı, indi Kalininqrad vilayətində əhalinin sayı bir milyonu ötür. Artıq orada demək olar ki, alman qalmayıb, onların sayı heç bir faiz də təşkil etmir. Deməli, Rusiya başqasının torpağını zəbt edib və Avropanın ortasında böyük hərbi baza yaradır və sonra isə deyir ki, bəs buralar mənim həyati maraq kəsb edən sərhəd rayonumdur.

Bildiyimiz kimi, Rusiya hətta Ukraynanın qərb sərhəddini də öz təhlükəsizlik xətti sayır. Hazırda Amerika nəbz yoxlayır və onların bəyanatları rusların hansı reaksiya verəcəyinə hesablanıb. Bir çox halda NATO Rusiyanı bilərəkdən qıcıqlandırır. Buradaki niyyət çox məqsədlidir. NATO Sovet İttifaqına qarşı qurulmuş hərbi təşkilatdır. İndi SSRİ yoxdur və ona görə yeni düşmən lazımdır ki, NATO öz aktuallığını itirməsin. Əlbəttə, bu, ilk növbədə ABŞ-a lazımdır ki, onlar Avropada möhkəm yerləşə bilsinlər. Hələlik, yalnız sözlərdən və qarşılıqlı bəyanlardan ibarət təhdidlər səslənilir.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

sahin 2019-11-14 09:45:48

əgər nato hücuma keçsə rus tankları pribaltika və şərqi avropanı şumlayacaq natonunda buna şübhəsi yoxdur

sahin - ə 2019-11-14 09:45:48

Rus tanklarinin hucum imkani olmayacaq, EGER, bu CIDDI QERAR OLARSA : Butun NATO bloku olkelerinin ve ABŞ , Israil, Boyuk Britaniyanin Xususi Keshfiyyat Orqanlari(BUTUN OFSHOR BANKLARIN MALIYYE EMELIYYATLARINA NEZARET KESHFIYYATI) Putinin ve onun mafiya komanda uzvlerinin Rusiyada OQURLADIQLARI ve BUTUN OFSHORLARDA GIZLETDIKLERI CHOX BOYUK MEBLEQDE MILYARDLARLA DOLLARLARIN BANK HESABLARINI DEQIQ ASHKAR EDEREK, DONDURSALAR(HEBS ETSELER), Putin REJIMI MEQLUB OLAR...

sahin - ə 2019-11-14 09:45:48

Rus tanklarinin hucum imkani olmayacaq, EGER, bu CIDDI QERAR OLARSA : Butun NATO bloku olkelerinin ve ABŞ , Israil, Boyuk Britaniyanin Xususi Keshfiyyat Orqanlari(BUTUN OFSHOR BANKLARIN MALIYYE EMELIYYATLARINA NEZARET KESHFIYYATI) Putinin ve onun mafiya komanda uzvlerinin Rusiyada OQURLADIQLARI ve BUTUN OFSHORLARDA GIZLETDIKLERI CHOX BOYUK MEBLEQDE MILYARDLARLA DOLLARLARIN BANK HESABLARINI DEQIQ ASHKAR EDEREK, DONDURSALAR(HEBS ETSELER), Putin REJIMI MEQLUB OLAR...

Son yazılar