Bələdiyyə işçisi barəsində cinayət işi başlanıb - "Rüşvət alıb"

Quba bələdiyyəsinin komissiya üzvü Dəstəbəy Tərlanov barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, D.Tərlanova Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən kimi Quba Bələdiyyəsi tanınıb.

635x100

Şərhlər

dadaşyev 2019-11-14 10:38:45

"Konspirasiya tədbirləri olmadan rüşvət almaq ayıya tapançadan atəş açmaq kimi təhlükəlidir".(yoldaş dadaşyev.Seçilmiş əsərləri.27-ci cild.Səh.341.tiraj 450000.Bakı.Əhmədli,üstüörtülü bazar.Samizdat).

Son yazılar