FHN-in dələduzluqda ittiham edilən keçmiş inspektoruna hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Bağırov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Fövqəladə Hallar Nazirliyində inspektor işləyən İ.Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.

İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarından müxtəlif adlarla, o cümlədən, cadu pozmaq adı ilə pul və qızıl əşyaları alaraq, dələduzluq etməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar