Nursultan Nazarbayevin qızı Ermənistana gedib

Qazaxıstan parlamenti Senatının sədri Dariqa Nazarbayeva Ermənistana rəsmi səfərə gedib.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Səfər Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın dəvəti ilə həyata keçirilir.

Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri və parlamentlərarası münasibətlərin inkişafının perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Dariqa Nazarbayeva Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin qızıdır.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar