Milli Məclisin 2020-ci il üçün xərclər smetası 45,5 milyon manatdır

Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində göstərilib.

Xərclər smetasından əməyin ödənişi fondu – 36 milyon 105 min 1 manat, ştatda olan işçilərin əmək haqqı – 24 milyon 105 min 480 manat, o cümlədən Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, ekspertlərin əmək haqqı – 427.680 manat, Milli Məclisin Aparatı üzrə əmək haqqı - 8 milyon 825 min 280 manat, deputat köməkçilərinin əmək haqqı - 2 milyon 250 min manat, Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı - 4 milyon 7995 min 5960 manat, dövlət qulluğu ilə əlaqədar əlavələr - 2 milyon 229 min 840 manat, ştatdankənar işçilərin əmək haqqı - 30 min 500 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 5 milyon 218 min 605 manat və s. xərclərə vəsait ayrılıb.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar