"HAMI BİLİR Kİ, "TALKUÇKALARI" KİM HİMAYƏ EDİR" - "Orada 100 milyonlarla vəsait vergidən yayındırılır"

Qüdrət Həsənquliyev: “Biz çəkməçidən 5 manat alırıq, bir toydan 10 min manat qazanan müğənnidən 30 manat...”

“Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər çox mütərəqidir. Təkcə prezidentin deyil, xalqımızın da Mikayıl Cabbarovdan gözləntiləri çoxdur. Azərbaycanda islahatlar uğursuzluğa düçar olsa və xalqın buna inamı itsə ölkədə xoşagəlməz proseslər başlaya bilər. Düşünürəm ki, dəyişiklikləri edərkən son dərəcə ehtiyatlı olmalıyıq”. Bu sözləri Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı çıxış edən deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat xatırladıb ki, komitə iclasında Azərbaycan iqtisadiyyatında himayəçiliyə son qoymalıyıq: “Təəssüflər olsun ki, bu günki dəyişikliklərdə biz bunun əlamətini açıq görürük. 2-ci maddədə edilən dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Çöx gözəl, amma biz 106 və 164-cü maddələrdə müşahidə edirik ki, sənaye parklarında olan regidentlər əvvəl 7 il vergidən azd edilmişdi, indisə bu müddət qaldırılır. Bu da 2-ci maddənin ruhuna ziddir. Yəni burada azadolmalar fərdi xarakter daşıyır. Bu əslində həmin parkların himayə olunmasıdır. Oradakı sahibkarlarla digər sahibkarları müqayisə edəndə görərik ki, onları nə qədər qeyri bərabər vəziyyətdə qoyuruq. Mən özüm dəfələrlə qeyd etmişəm ki, rayonlarda disbalans Bakı ilə çox fərqlidir. Həmkarlarımla Göyçaya nar bayramına gedirdik. Rayonun girəcəyində dayanan əksər avtomobillər SSRİ istehsalı olan “jiqulilər” idi. Həmkarlarımda razılaşdı ki, rayonlarda iqtisadi durum, sahibkarlıq pis vəziyyətdədir. Ona görə rayonlara vergi güzəştləri nəzərdə tutulmalıdır, nəinki iri sənaye parkalarına”.

Deputat əlavə edib ki, 106 və 164-cü maddədə də eyni hal müşahidə edilir: “Qeyd olunur ki, heyvan və quş əti vergidən azaddır. Bəs digər quş əti istehsal edənlər neyləsin? Bazarda biri digəri ilə müqayisədə malını 1 manat ucuz satsa o birinin malı əllərində qalacaq. Belə olan halda hansı rəqabətlik oldu?

164.1.48-də formula yarışları ilə əlaqədar bağlanan mal, iş və xidmətin təqdim edilməsi yanvarın 1-dən 6 il müddətinə vergidən azad edilir. Bu da fərdi güzəştdir və 2-ci maddənin ruhuna ziddir. Mən hesab edirəm ki, bu himayəçilikdir və onların qəbul edilməsinə səs verməməliyik.

77-ci maddədə qeyd edilir ki, yeni nəzarət kassa aparatları qoyularsa onlar vergi öhdəlikləri ilə əvəzləşdirilir. Hesab edirəm ki, vətəndaşların vergi inamını artırmaq üçün ilk növbədə “tolkuçkalardan” başlamaq lazımdır. Hamı bilir ki, talkuçkaları kim himayə edir, orada 100 milyonlarla vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır. Hansıki prezident dəfələrlə məsələ qaldırıb ki, sahibkarların yalnız vergi verməlidirlər. İnsanlar görsə ki, belə yerlərdə vergi nizam-intizamı yaradıldı, kiçik və orta sahibkarlar problemsiz vergi öhdəliklərini həyata keçirəcəklər.

Dəfələrlə burada məsələ qaldırmışam, Mikayıl müəllim sizə hökumətin üzvü kimi müraciət edirəm. Bakının mərkəzi doludur köşklərlə. Özü də əhalinin ən çox istifadə etdiyi yerlərdə. Gözəl köşklərdir. Amma köşklərdə reklam qanuna zidd olaraq şüşələrin arxasında siqaretlər düzülür. Bu xarici turistlər qarşısında ölkəmizin geridə qalmışlığının nümunəsidir. Dünyanın heç bir yerində siqaret bu formada, şəhərin mərkəzində reklam olunmur. Siqaretin satışı ilə kim məşğuldur, bu köşklər kimə məxsusdur məsələsini siz aradan qaldırsanız camaat görəcək ki, qanunlar hamı üçün eynidir. Yoxsa insanlar bunu görməyincə və inanmayınca bu səylər heç bir nəticə verməyəcək”.

Qüdrət Həsənquliyev toy vergiləri haqqında danışıb:“Diqqətinizə cəlb etmək istədiyim digər məqam toylarda sadələşdirilmiş vergilərlə bağlıdır. Məsələn, video və fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Burada müğənnilərin adı çəkilmir, qeyd edilir ki, aparıcılıqla məşğul olan şəxslər. Mən bilmirəm bu araşdırmanı kim aparıb. Amma elə müğənnilər var ki, 10, 14 min manata toylara gedir. Bu halda 30 manat sadələşdirilmiş vergi necə ola bilər. Ən primitiv video çəkiliş 2 min manatdır. Yaxud fotoqraf hər toya görə 500 manat alır. Biz çəkməçidən 5 manat alırıq, bir toydan 10 min manat qazanan müğənnidən 30 manat. Bu nə dərəcədə ədalətlidir. Hesab edirəm ki, ikinci oxunuşa qədər bu məsələyə baxa bilərik. Ümumiyyətlə hesab edirəm ki, digər dəyişikliklər çox mütərəqqidir. Dediyim məsələlər nəzərə alınsa, mən bu layihəyə səs verəcəyəm”.

635x100

Şərhlər

Arif 2019-11-14 14:38:54

Elə adamlar varki, Bakı şəhərində 25-50, bəzən daha çox sayda evləri var, və həmin evləri kirayə veriblər amma vergi verməkdən əsər əlamət yoxdur.

Hesabdar 2019-11-14 14:38:54

Cənab, kvota 70 rayonmu? Heç olmazsa MMdə hər rayonda böyümüş ikicə MV varmı? Sisyanlı Qarabağın qaytarılmasına və ya Laçınlının dolanacağına necə məsul ola bilir? Beləcə, özəl-ortaq maraqlar ümumdövlət məsuliyyətini aşıb. Müstəqil-yeni iqtisadi quruculuq dövrü və xəzinəsi xərclənib(8 mlrd borc var? İşğalçı isə hərəyə 3480 dol qazanır). Hər toyun xərc müqaviləsi niyə tələb edilmir? Çəlirsiz sahəni kim(axmaq) saxlar? Vəzifə çoxunu küt edib, neytral seçkilər idarəyə təravət verər.

AAgahuseyn 2019-11-14 14:38:54

Qüdrət müə.necə ola bilər kicik sahibkar ayda min manat pul qazanan,bir toydan 14-20-min man.qazananla eyni olsun.Kicik sahibkarlar yəni min-3-min arası qazanc yeri olan kicik sahibkar verğidən azad olsa o,da inkişaf edər ğələcəkdə daha cox ödəyiciyə cevrilə bilər.Sədərək-Binə və diğər ticarət obyektləri kifayət qədər ödəniş edirlər ancaq o vəsait verğiyə yox bazar sahiblərinin və onların krişalarının cibinə axır.Baxın ğündə 1000-man alver edənlə 30-min akver edən arasında fərq yoxdur.Buna kölğə ticarətidir

Haray Hazi 2019-11-14 14:38:54

Müzakirələr zamanı reallığı çəkinmədən ortaya qoyub obyektiv fikirlər səsləndirməniz təqdirəlayiqdir. Bu cür çıxışlarınızla bəzi həmkarlarınıza obyektivlik nümayiş etdirmək üçün sanki stimul verirsiniz. Gərək onlar da öz sözünü desin ki, gözəl qanunlar qəbul edilsin. Bu cür qanunlar qəbul edilən zaman bütün sahibkarlar razı qalmalıdır. Qanun himayəçiliyə şərait yaratmamalıdır. Artıq o dövr deyil. Himayəçilik, inhisarçılıq arxivə göndərilməlidir.

kasıb 2019-11-14 14:38:54

Deputat təsdiqləyir ki, qanunsuz-qaydasız ölkədir və Ölkə bir neçə məmur bandasının nəzarəti altındadır.

Müfəttiş 2019-11-14 14:38:54

Müəllim öz dediklərinə elə alüdə olub ki, fantaziyası aşıb-daşır.Toyda video çəkiliş 2000 manat, foto çəkiliş 500 manat. Ay hay....

Arif 2019-11-14 14:38:54

Yeri gəlmişkən Azərbaycanda nə qədər kirayəniş var? həmin ev sahiblərini niyə indiyə qədər vergiyə cəlb etmirlər, niyə komunal pullarını nağd yığırlar, niyə MTK-ların binalarında istər liftlərin, su nasosların, elektrik naqillərin,təmiridə müqavilələr yoxdur, vergidən yayınırlar, bəzən o, boyda binayə saxta bir komendat qoymaqla, kənardan idarə edirlər o, vaxtacan bunu edirlərki, binanın lifti və digər avadanlığlar sıradan çıxmış olur, sonra komendat qaçır, eynilə Nizami r-n Nəxçivani 66A-da olduğu kimi.

Mirzə AĞ 2019-11-14 14:38:54

Ədalət axtarırsan?! Yolunu "Sosial müdafiə naz-n" sal...

Mirzə AĞ 2019-11-14 14:38:54

Ədalət axtarırsan?! Yolunu "Sosial müdafiə naz-n" sal...

QURDRAT BAYA 2019-11-14 14:38:54

COBANZADƏ KUC. AGACLARI MƏHV EDIB SADLIQ SARAYLARI TIKIBLAR.ONLAR VERGI VERIRMI.ŞƏKİ QAX RAYONUNUN MEŞƏ ƏRAZİLƏRİ DARMADAĞIN EDİLƏRƏK YERİNDƏ KİMLƏRSƏ FİNDIQ BAĞLARI SALIRLAR.ETSN İSƏ BU MEŞƏLƏRİ BOŞ SAHƏLƏR KİMİ QƏLƏMƏ VERİRLƏR.BUNU EDƏNLƏR MEŞƏLƏRİN ƏTRAFINDA YAŞAYAN ON MİNLƏRLƏ İNSANLARIN CƏLƏCƏK DOLANIŞIĞININ NECƏ OACAĞINI NƏ ÜCÜN NƏZƏRƏ ALMIRLAR.ÜMİD CƏNAB PREZİDENTƏ QALIB.SİZ BU MƏSƏLƏLƏRİ QALDIRIN CƏNAB QÜDƏT BƏY.

Elchin 2019-11-14 14:38:54

Qudret beyin fikirleri ile tam raziyam. Umid edek ki, obyektiv analiz gedecek. Rayonve Bakida su , ishiq, qaz eyni qiymete. Amma rayonla Baki arasinda istenilen xidmet sahesinde keskin ucurum. Bakidan ferqli olaraq, rayondaki sahibkarlarin polis reisi, prokuror, icra baschisi kimi “vergi” yiganlari var Rayonlara investisiya celb etmeyin en dogru yolu: ishiq, qaz 50 % endirimle satilsin obyektlere. Istisnasiz olaraq.

Son yazılar