Gürcüstan parlamentinin qarşısında oturaq aksiya başlayıb

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasının üç giriş qapısını bloklayıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasıdır.

Aksiya təşkilatçılarından biri olan Giqa Makaraşvili bildirib ki, deputatlara parlament binasını tərk etmələrinə imkan verilməyəcək: “Parlament üzvləri bu gün böyük səhv etdilər və Gürcüstan əhalisi bunu heç zaman unutmayacaq”.

Etirazçılar parlamentin binası qarşısında saat 19:00-da kütləvi aksiya təyin ediblər.

Qeyd edək ki, Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri səs yetərsizliyindən qəbul olunmayıb. Qanun layihəsi tələb olunan 113 səsdən yalnız 101 səs toplayıb.

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli prospektini bağlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, onlar oturaq aksiya keçirirlər.

Mərkəzi prospekt boyu avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Patrul polis əməkdaşları avtomobil yolunu açmağa çalışsalar da, aksiyaçılar buna etiraz edirlər.

Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Etirazçılar bildiriblər ki, onlar oturaq aksiya ilə dinc itaətsizlik nümayiş etdirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar