ABŞ-da quyruğun yeri «səhv düşüb» - İtin quyruğu başındadır!

«AzPolitika.info»-nun xarici KİV-ə istirnadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir küçük tapılıb ki, quyruğu başında. Bu anomaliya ilə itin balası «Feysbuk»un ulduzu olub. Belə ki, başında bitmiş quyruğun sayəsində həmin «avara-fağır» heyvan «dünyanın ən «bərkgedən» küçüyünə çevrilib».

Möcüzə-küçük ABŞ-n Missuri ştatında tapılıb.

«The Mirror» nəşrinin xəbərinə görə, bioloq-fəallar onu yaşlı itə söykənmiş vəziyyətdə görüblər - itə söykənməklə o, soyuq havada isinməyə cəhd göstərirmiş.

Hər iki heyvanı sığıncağa aparıblar, küçüyə isə «Narval» adı veriblər - mifik təkbuynuzluya oxşadığı üçün.

Tibbi baxışdan sonra, həkimlər quyruğun başda olmasının küçüyün sağlamlığına təhlükə törətmədiyini bildiriblər, amma məlum olub ki, Narval quyruğuğunu «bulaya» bilmir.

Maraqlıdır, bəs, bu zavallı ətrafdakılara necə yaltaqlana biləcək?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar