ABŞ qoşunlarını Kobanidən tam çıxarıb

Amerika Birləşmiş Ştatları bütün hərbi birləşmələrini Suriyanın Türkiyə ilə qonşuluğunda yerləşən şimali-şərq sərhədindən, Eyn əl Ərəb (Kobani) şəhərindən tam çıxarıb.

APA xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Xatırladaq ki, 7 noyabrda ABŞ Silahlı Qüvvələrinin Qərargah rəislərinin Komitəsinin rəhbəri Ulyam Beri bəyan etmişdi ki, ABŞ hərbiçilərinin önəmli hissəsi artıq Kobanini tərk edib.

Oktyabrın ortalarında isə Pentaqon başçısı Mark Esper bildirmişdi ki, ABŞ Türkiyə bölgədə hərbi əməliyyatlara başladığına görə minə yaxın hərbiçisini bu ərazilərdən çıxarır.

Oktyabrın 16-da ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Kobanidən, həmçinin Rakka və Tabkdan bütün əsgərlərini çıxartdığını və hərbi bazasını ləğv etdiyini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar