“Bu problemi yaradan səbəbləri aradan qaldırın...” - Keçmiş deputat

“Mühacir biznesi" qalmaqalının əsas səbəbi Azərbaycandakı iqtisadi-sosial durumdur. Düzdür, siyasi səbəblər də var, ancaq bu cüzidir”.

“AzPolitika.info” xəbər verir ki, bunları keçmiş deputat Nazim Bəydəmirli dilə gətirib. O, qeyd edib ki, heç kim öz ata-baba yurdunu atıb, müxtəlif yollarla xaricə köçməyə can atmaz: “Siz nəticəni müzakirə edib, xaricə iqtisadi miqrasiya edənləri qınamaqdansa, günahlandırmaqdansa, özünüzü onların yerinə qoyun. Mən daha yaxşı həyat qurmaq üçün yaşadığı yerdən köç edənləri qınamamışam, çünki bu onun təbii haqqıdır. Ancaq qanunu pozmadan indi bunu etməyin mümkün olmadığını da etiraf etmək lazımdır”.

N.Bəydəmirli daha sonra vurğulayıb ki, Bakıya Gədəbəydən, Tovuzdan və digər rayonlardan köç etmiş ailələrin əllərində imkanları olsa idi, biri də Bakıda qalmazdılar: “Bu problemi yaradan səbəbləri aradan qaldırın, onlara siyasi mənsubiyyətinə görə rişxənd etməyin. Belə yüksək tələb olan yerdə də müxtəlif "işbazlar, asan pul qazananlar" miqrasiya qanunvericiliyinin imkanlarından öz xeyrinə yararlanacaqlar”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar