Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələri artırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələri artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Agentliyin vəzifələri artırılıb. Agentliyin vəzifələri sırasına uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək və aviasiya hadisələrinin monitorinqinin, onlara nəzarətin həyata keçirilməsi və onların qarşısının alınması məqsədilə uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə məlumatların avtomatlaşdırılmış qaydada toplanması və təhlili sistemini təsdiq, eləcə də tətbiq etmək həvalə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar