Ərdoğan Trampla görüşündən danışdı - "Ona "S-400" raketlərindən imtina etməyəcəyimizi dedim"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtondan qayıdarkən amerikalı həmkarı Donald Trampla görüşü haqda təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Strateq.az xəbər verir ki, o, ABŞ-ın S-400 zenit-raket komplekslərindən imtina etmək barədə tələbini Türkiyənin suveren hüquqlarının pozulması hesab edib: “S-400 zenit-raket komplekslərindən tam imtina edərək, ABŞ-ın “Patriot” sisteminə keçilməsi tələbini doğru saymırıq. Biz “Patriot” sistemini ala biləcəyimizi və onları alarkən S-400 komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur”.

Ərdoğan ümumilikdə ABŞ-a səfərinin müsbət keçdiyini və mövcud fikir ayrılıqlarının yoluna qoyulması üçün dialoqun vacibliyini vurğulayıb: “Biz F-35 qırıcı təyyarələrinin çatdırılması üzrə müsbət nəticəyə nail olmaq istəyirik. Lakin mən bu dəfə Donald Trampın bu mövzuya yanaşmasının daha müsbət və konstruktiv olduğunu gördüm”.

Ərdoğan qeyd edib ki, Türkiyə ABŞ-dan ən az 100 ədəd “F-35″ təyyarəsi almaq niyyətindədir.

635x100

Şərhlər

Cemshid Dereleyezli 2019-11-14 21:23:13

Erdoğan və Türküye duşmanlarına. Xüsusen de Türküyenin Ana və bacı (CHP və İYİ) muxalifetinə, onların başkanlarına. Buyurun oxuyun və baxın. BMT trubinasından Dünya beşden ibaret deyil deyib, onlara irad bildirən, Orta Doğu siyasetinde onları Türküyenin ayağına getiren, Amerikada Trampa kafa tutan, yazdığı məktubu qaytarıb özünə iade edən, yedirən (aslında Erdoğan o mekrubu aldığı gün, yeni 9 oktyabrda onun cavabını, orduya Suriyya gir emrini vermekle Trampa gerekin cavabı vermişdir, amma sizde nerede o kafa ki bunu anlayasınız), aşağı senatın verdiyi kararı, kendilerine bloke etdiren, Erdoğan bundan artıqk ne yapmalıdır. Siyasət sizlik deyil "bəylər". Sizin siyasət bildiyiniz şey, oturub da Türküyədə ağılsız köpəklər tekin ulduza havlamaqdan başqa bir şey deyildir. İllərdir guya muxalifətlik yapırsınız. İqtidara gəlməniz üçün, kucağına oturmadığınız Türküyə duşmanları qalmadı bele, Aslında Sizin yanğınız hakimiyyət yanğısıdır, Türküyə yanğısı deyil ki. Ama unutmayın, uca Türk milləti, Türküye sevdalıları bunu sizə yar etməyəcək. Erdoğandan sonra başqa birisi olacaq. Amma yenə də siz olmayacaqsınız. Tanrı Türkü, Türküyə sevdalılarını korusun.

Son yazılar