Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı

Türkiyə milli komandası 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. "Report"un məlumatına görə, "ay-ulduzlular" buna seçmə mərhələdə H qrupunun IX tur qarşılaşmasında İslandiya ilə ev heç-heçəsi sayəsində nail olub.

İslandiyadakı "Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb - 0:0. Bu nəticədən sonra xallarını 20-yə çatdıran Şenol Günəşin baş məşqçi olduğu kollektiv qrupda ilk 2 pillədən birini təmin edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar