"Əlövsət Əliyev  hüquqa zidd heç bir hərəkət edə bilməz" - Şahbaz Xuduoğludan açıqlama

"Qardaşım Əlövsət Əliyev alman polisi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. İnanıram ki, tez bir zamanda azad olacaq." Bu fikirləri "AzPolitika.info"ya  açıqlamasında Əlövsət Əliyevin qardaşı, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu verib.

Şahbaz Xuduoğlu tezliklə qardaşının azad olunacağına inandığını bildirib: "Əlövsət son dərəcə ağıllı və öz işini bilən adamdır.  O yardım istəyən hər bir azərbaycanlıya kömək etməyə salışıb. Məsləhət verib. Çünki o hüquqşünasdır, eləcə də ictimai xadimdir."

Şahbaz Xuduoğlu bildirib ki, Əlövsət Əliyevin heç bir çirkli oyunun iştirakçısı olmadığına əmindir: "O hüquqa zidd heç bir hərəkət edə bilməz. İnanıram ki, Almaniya hüquq-mühafizə orqanları tez bir zamanda bu məsələni araşdıracaq və Əlövsəti sərbəst buraxacaqlar."

Qeyd edək ki, Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb. “Legat” İnteqrasiya Mərkəzinin sədri  Əlövsət Əliyev də onların arasındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar