Türkiyə Suriyanın şimal-şərqində hərbi baza tikir - SANA agentliyi

Suriyanın «SANA» dövlət agentliyinin xəbərinə görə, ölkənin şimal-şərqində Türkiyənin hərbi bazasının tikintisinə başlanıb. Ras-əl-Ayn şəhərinin cənubunda yerləşən Əl-Havas kəndində başlanan tikinti işlərinə rəhbərliyt hərbçilər edirlər.

Baza Türkiyə sərhədində, «Sülh bulağı» əməliyyatının keçirildiyi zonada ucaldılacaq.

Bu arada, Əl Ərəbiyyə telekanalı xəbər verib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) öz ordusunu Suriyanın Ayn-əl-Ərəb (Kobani) şəhərindən çıxardıb. Ərazi Suriyanın şimal-şərq hissəsində, Türkiyə sərhədində yerləşir. Oktyabrın 16-da ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərən koalisiya da Kobani rayonundakı hərbi bazasını ləğv edib.

«AzPolitika.info»

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar