Xətai rayonunda baş vermiş yanğında xəsarət alan 11 nəfərdən 5-i uşaqdır 

Səhiyyə Nazirliyi Bakının Xətai rayonunda baş vermiş yanğında xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai rayonu Neapol küç. 29/42 m. 79 da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə KTM-in toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar