82 YAŞLI OMBUDSMANIN İSTEFA XƏBƏRİ YAYILDI - Rəsmi cavab

Ombudsman Elmira Süleymanovanın istefa ərizəsi yazdığı barədə məlumat yayılıb.

Bu barədə musavat.com-a daxil olan məlumatda hətta onun yerinə təyin ediləcək şəxsin artıq müəyyənləşdirildiyi də qeyd edilib. İddiaya görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsinin müzakirə ediləcəyi, Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da vurğulanıb.

Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ombudsman Aparatından "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəzifəsini icra edir. O, istefa ərizəsi yazmayıb. Bu haqda mətbuatda yayılan məlumatlar yanlışdır", deyə Ombudsman Aparatından bildirilib.

AzPolitika.info xatırladır ki,  82 yaşlı E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.  Ancaq hələ də bu vəzifənin icrasını 82 yaşlı Süleymanovanın həyata keçirməsi ölkədə Ombudsman inistitutuna nə qədər "önəm" verilməsini ydın nümayiş etdirir...

635x100

Şərhlər

oxucu 2019-11-15 10:16:31

GÖZ DOYMUR VƏSSALAM.82 YAŞLI İNSANIN NƏ ƏMƏK QABİYİYYƏTİ OLAR.HEÇ BİR.UTANMIRLAR NƏ QƏDƏR İNSAN QƏDDAR OLAR.ÇIX GET HEÇ OLMASA CAMMATIN GÖZÜNÜ MAZOL ELƏMƏ.

Son yazılar