“Bu dəyişiklik mənzillərin qiymətini bahalaşdıracaq” - EKSPERT

“Tikinti şirkətlərinə artıq sadələşdirilmiş vergi ilə işləmək imkanı verilməyəcək. Bu o deməkdir ki, əsasən də kiçik dövriyyə ilə işləyən, yəni xırda və orta ölçülü sahibkarlar istehlakçıdan daha çox vergi almalı olacaq”.

Bu fikirləri “AzPolitika.info”-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadənin parlamentdə səsləndirdiyi açıqlamanı şərh edərkən bildirib. Xatırladaq ki, Komitə sədri gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququn ləğv ediləcəyini açıqlayıb. (Ziyad Səmədzadənin açıqlamasının tam mətini bu linkdə: http://azpolitika.info/?p=569215)

R.Ağayev qeyd edib ki, indiyə qədər tikdikləri mənzillərin dəyərindən 4 faiz sadələşdirilmiş vergini son istehlakçıya yönəldirdilər, indi 18 faizini onlardan alacaqlar. Yəni burda itirən vətəndaş, istehlakçı olacaq. “Bu, xüsusilə də şəhər ətrafında, Xırdalan, Masazır, Binəqədi və s. kimi ərazilərdə fərdi evlər, yaxud 3-4 mərtəbəli binalar tikib əhaliyə satan sahibkarların satdığı mənzillərin qiymətinə öz təsirini göstərəcək. Onsuz da iri şirkətlər ƏDV ilə işləyirdi. Nəticə etibarı ilə xırdalar böyüklər qarşısında rəqabətdə əlverişsiz duruma düşəcəklər”, - deyə iqtisadçı vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2019-11-15 12:05:15

Rövşən müəllim,dövlət tikinti sahiblərindən çox az vergi tutur.Onlar mənzillərin maya dəyərini,az qala 40 dəfə bahalaşdırırlar.Elə bu səbəbdən mənzil tikintisi ilə məşğul olan "kommersantlar" xarici ölkələrdə böyük-böyük obyektlər alırlar.Dövlət vergini 40 faiz etməli,xüsusi ekspertiza əsasında mənzillərin maya dəyərinə ciddi nəzarət etməlidir.Onda mənzillərin qiyməti,ən azı bir dəfə enəcək.Hələ torpaq almaq üçün verilən rüşvəti yığışdırsalar,mənzilin kvadrat-metri 400_500 manat arasında olacaq..

Son yazılar