Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 65 415,1 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,2% artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1%, sənayedə 1,7%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5%, digər xidmət sahələrində 3% artıb, tikintidə isə 6,2% azalıb.

10 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 6 609,6 manata bərabər olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar