Türkiyə ABŞ-dan «bərk inciyəcəyini» vəd edir – "Bunu onillərlə unutmayacağıq"

Türkiyə prezidenti administrasiyasının əlaqələr idarəsinin başçısı Faxrettin Altunun «The Washington Examiner» Amerika nəşrində dərc etdirdiyi məqalədə deyiir ki, Kürd Fəhlə Partiyasının (terrorçu PKK) «Suriya qanadı»nın başçısı, kürd general Məzlumun Amerika Birləşmiş Ştatlarına (ABŞ) dəvət olunması sadəcə diplomatik səhv yox, həm də bu «qanlı təşkilat»ın minlərlə qurbanının xatirəsinin təhqir olunması deməkdir. Bu barədə noyabrın 15-də «Anadolu» agentliyi xəbər verib.

«Vaşinqton terrorçunu qəbul etməməlidir» başlıqlı məqalədə Türkiyə lideri administrasiyasının nümayəndəsi bir qrup ABŞ senatoru tərəfindən əsasını kürdlər təşkil etdiyi «Suriya demokratik qüvvələri»nin (SDQ) komandanı Məzlum Kobaniyə ünvanladığı dəvəti tənqid atəşinə tutub. SDQ-nin aparıcı qüvvəsini kürd «Xalq özünümüdafiə dəstələri» (YPG) təşkil edir. Bu qruplaşmanı Ankara «PKK-nın Suriya qanadı» adlandırır və terrorçu təşkilat hesab edir.

Türkiyə prezidenti administrasiyasının yüksək çinli əməkdaşı öz məqaləsində ABŞ qanunvericilərinin Dövlət Departamentinə Məzluma viza verilməsi prosesini tezləşdirmək barədəki çağırışını hiddətlə qarşılayıb. Altunun sözlərinə görə, belə addım Türkiyə üçün 67 illik NATO həmkarı ABŞ tərəfindən qəti şəkildə yolverilməzdir.

Məqalə müəllifi diqqəti bu fakta yönəldir ki, Məzlum Kobani PKK başçılarndan biridir. Bu təşkilat isə təkcə Türkiyədə yox, həm də ABŞ-da və Avropa İttifaqında terrorçu kimi tanınır. «Kobaninin 10 illərdir PKK sıralarında olması özlüyündə YPG ilə PKK arasında əlaqənin mövcudluğunu sübut edir. Amerika qanunvericiləri İnterpolun qırmızı sirkulyarı ilə axtarışda olan terrorçunun qarşısında qırmızı cığır açırlar» - deyə, Altun qeyd edib.

«Türkiyə xalqı təhlükəli terrorçunu ABŞ-a dəvət edənləri nə unutmayacaq, nə də bağışlamayacaq. Türkiyə NATO üzrə müttəfiqi ABŞ-ın terrorçunu qəhrəmanlaşdırmaq cəhdlərini unutmayacaq. Bunun xatirəsi onilliklər boyu yaşayacaq. Ankara isə terrorçuluqla mübarizəni qətiyyətlə davam etdirəcək» - məqalədə deyilir.

AzPolitika.info

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar