Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 22%-dən çox artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2 440 455,57 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 448 366,05 min dollar və ya 22,5% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ixracın həcmi 60 094,17 min dollar və ya 11,8% artaraq 570 078,77 min dollara, idxalın həcmi isə 388 271,88 min dollar və ya 26,2% artaraq 1 870 376,80 min dollar təşkil edib. Göründüyü kimi, cari ilin on ayında idxal ixracı 3,3 dəfə üstələyib.

Hesabat dövründə 1 300 298,03 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 328 177,71 min dollar və ya 33,8% çoxdur.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar