Bakıda daha 19 küçə və prospektdə avtobus zolaqları təşkil edilə bilər

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın daha 19 küçə və prospektində avtobus zolaqların təşkil edilməsi ilə bağlı layihə hazırlayıb və aidiyyəti qurumlara göndərib.

“Report” xəbər verir ki, bunu "AFTO FM" radiosunun efirində Agentliyin nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov bildirib.

"Məqsəd avtobusların daha rahat hərəkətini təmin etməkdir", - deyə o, qeyd edib.

T.Səfərovun sözlərinə görə, təmsil etdiyi qurum zolaq məsələsini həmişə gündəmdə saxlayır: “İndiyə qədər şəhərin 3 küçəsində avtobus zolaqları təşkil edilərək istifadəyə verilib, lakin bu gün nəzarətin nisbətən zəif olması bu zolaqların tam gücü ilə və səmərəli işləməsinə imkan vermir. Bakıda gün ərzində 2,2 milyon sərnişin daşınır. Avtobusları ümumi yolda daha prioritet etmək istəyirik və bu istiqamətdə işlər görülür”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar