Gəncədə ana övladı ilə dəm qazından zəhərlənib

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tahirova Günaz Ələkbər qızı və onun övladı, 2010-cu il təvəllüdlü Tahirov Rəsul Hüseyn oğlu yaşadığı evin vanna otağında dəm qazından zəhərləniblər. Ana və övladı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanada zərərçəkmişlərə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar