Belarusda parlament seçkiləri keçirilir


Baxiş sayı:
44
Dərc olunub:
17/11/2019 - 10:07
Belarusda parlament seçkiləri keçirilir.
Bu barədə "Report" BELTA agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, yerli vaxtla saat 8:00-da ölkənin 5831 seçki məntəqəsində səsvermələr başlayıb. Seçki məntəqələrindən 46-ı xaricdə fəaliyyət göstərəcək.
Belarusda parlament seçkiləri majoritar sistemdə keçirilir. Ölkə parlamentində 110 yerə 513 namizəd iddialıdır. Seçkilərdə 6,8 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.