Banqladeşdə yaşayış binasında partlayış olub, ölənlər və xəsarət alanlar var

Banqladeşdə beşmərtəbli yaşayış binasının qaz kəməri partlayıb.Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir. Məlumata görə, hadisə Çittaqqonq şəhərində baş verib. Partlayış zamanı azı 7 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb.

Qeyd edilir ki, partlayış səbəbindən binanın divarları dağılıb.

Polis nümayəndəsinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar