Ermənistanda ağır cinayətlərin sayı artdı

Ermənistan Milli Statistika Komitəsi ölkədə xüsusilə ağır cinayətlərin 30% artdığını açıqlayıb.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan KİV-ləri xəbər verir.

Məlumata görə, 2019-cu ilin yanvar-sentyabr ayında ölkədə 18865 cinayət faktı qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 17673 olub.

Statistikaya əsasən, bu ilin doqquz ayı ərzində Ermənistanda silahın tətbiqi ilə törədilən xuliqanlıq faktları da 50% artıb.

Bundan başqa, mülkiyyət əleyhinə cinayətlərin də artdığı qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar